Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Sarıcalı kəndində səyyar qəbul-görüşü keçirilmişdir

25 sentyabr 2024 | 16:56

Sentyabrın 25-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində sakinərlə səyyar görüş keçirib.

Hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri, həmçinin media nümayəndələrinin də iştirakı ilə  Sarıcalı kənd tam orta məktəbinin iclas zalında keçirilən görüşdə öncə icra başçısı çıxış edib. O, ölkəmizdə həyata keçirilən işlərdən, ərazilərimizin bütövlüyünün təmin olunmasından, həmçinin işğaldan azad edilmiş bölgələrimizdə  irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq bütün bunların başa gəlməsi üçün böyük vəsaitin tələb olunduğunu qeyd edib. Sakinlərin öz doğma torpaqlarına qayıtmasının, orada işlə təmin olunmasının, qaz, su, elektrik enerjisi və digər kommunal xidmətlərin göstərilməsi üçün işlərin görülməsinin vacibliyini vurğulayan rayon rəhbəri buna görə də digər bölgələrdə bəzi böyük  işlərdə ləngimələrin  qaçılmaz olduğunu  bildirib. O, həmçinin qeyd edib ki, buna baxmayaraq,  ümumilikdə ölkənin hər yerində işlər görülür, problemlərin həllinə çalışılır və keçirilən səyyar qəbulların da məqsədi elə bu çətinlikləri öyrənmək və həll etməkdir.

    Sonra kənd sakinləri dinlənilib.  Müraciətlərdə əsasən yol, qaz, su və işsizliklə bağlı məsələlər yer alıb. Qaldırılan məsələlərlə əlaqədar sakinlərə lazımi istiqamət verilib, bəzi problemlərlə bağlı isə işlərin görülməsinə başlandığı, müəyyən planlaşdırmalar olduğu diqqətə çatdırılıb.

Keçidlər