Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən kəndində səyyar qəbul-görüşü keçirilmişdir
24 oktyabr 2024 | 10:26
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları mütəmadi olaraq keçirilir.Mövcud qarfikə əsasən növbəti səyyar qəbul oktyabrın 23-də Şahsevən kəndində təşkil olunub. Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Öncə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu gün Qarabağda görülən işlər haqqında ətraflı məlumat verib, əhalinin öz doğma torpaqlarına qaytarılması üçün həyata keçirilən tədbirlərdən danışıb. Çıxışda həmçinin ordu quruculuğundan söz açılıb, qeyd olunub ki, torpaqlarımız azad edilsə də, müharibə bitmiş sayılsa da düşmənin həmlələrinə hər zaman hazırlıqlı olmalıyıq və bunun üçün lazımi işlər görülməkdədir.
Sonra qəbul iştirakçıları – Zaməddin Əhmədov, Müqabil Hacıyev və digərləri mövcüd problem və çətinliklərini diqqədə çatdırıblar. Müraciətlər dinlənilib, cavabdeh müəssisələrin nümayəndələri ilə söhbətlər aparılıb, həlli mümkün olan məsələlərlə bağlı müvafiq göstərişlər verilib. İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan məsələlərlə bağlı isə vətəndaşlara izahlar verilib,onlar lazımi ünvanlara istiqamətləndiriliblər.