Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Rəncbərlər kəndində səyyar qəbul-görüşü keçirilmişdir

09 yanvar 2025 | 11:27
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2025-ci il üçün ilk səyyar qəbulu Rəncbərlər kənd tam orta məktəbində keçirilib.
Öncə I Qarabağ müharibəsi zamanı şəhid olmuş Mobil Həsənovun məktəbin həyətindəki xatirə lövhəsi ziyarət olunub, önünə tər güllər düzülüb.
Qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov 2024-cü ildə ölkəmizdə həyata keçirilən böyük tədbirlərdən - seçkilərdən, COP29 tədbirlərindən söz açıb, həmçinin qarşıda duran işlərdən - ordu quruculuğundan, Qarabağda aparılan quruculuq-bərpa və digər mühüm işlərdən danışaraq bütün bunların böyük vəsait və zəhmət hesabına başa gəldiyini diqqətə çatdırıb. Bununla yanaşı, rayonda ötən il görülmüş və bu gün də davam etdirilən işlərdən də danışan rayon rəhbəri sonra sözü qəbul iştirakçılarına verib.
Müraciətlərdə suvarma suyundan növbəlilik əsasında istifadədə yaranan çətinliklər, kənddəki tarixi abidə olan məscidin təmiri, kənd ərazisində baytarlıq məntəqəsinin tikilməsi üçün yer ayrılması və digər məsələlər qaldırılaraq köməklik olunması xahiş olunub. İcra başçısı müraciətləri dinləyərək lazımi addımların atılması üçün müvafiq tapşırıqlar verib.
Keçidlər