Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Qaravəlli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

15 yanvar 2025 | 17:15

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən növbəti səyyar qəbul yanvarın 14-də Qaravəlli kənd tam orta məktəbində keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin digər idarə müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edib.
Sakinlərlə görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov son illər ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açıb. O, həmçinin Qaravəlli kəndi ilə bağlı öz fikirlərini bölüşüb, kənddə təhsilə önəm verildiyindən,burada bir çox ziyalıların yetişməsindən, kənd tam orta məktəbinin yüksək göstəriciləri olmasından da danışıb.
Sonra kənd sakinləri çıxış ediblər.Şavahat Əliyev,Habil İbrahimov, Sərxan Məhərrəmli və digərləri bəzi problemləri səsləndirərək köməklik istəyib, həmçinin bir sıra təkliflərini diqqətə çatdırıblar.
Paylayıcı su kanalının təmizlənmsinə ehtiyac olması, örüş sahəsindən kəndlinin istifadəsinə problem yaradılması, həmçinin xaricdə yaşayan kənd sakinlərinin maddi dəstəyi ilə yaradılan Qaravəlli Kənd Xeyriyyə Cəmiyyətinin fəaliyyətində qarşıya çıxan bəzi çətinliklər zamanı köməklik göstərilməsi xahiş olunub.
Qaldırılan hər bir məsələyə aydınlıq gətirilib, həlli mümükün olan problemlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər