Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Pərioğlular kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

03 iyun 2026 | 19:32

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu Pərioğullar kəndində təşkil olunub.

Qəbulda rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Rayon rəhbəri həmçinin bir sıra aktual məsələlərə toxunaraq yaxın günlərdə Məhərrəmlik ayının başlanacağını qeyd edib, dini mərasimlərin təşkili zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və bununla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Daha sonra kənd sakinləri tərəfindən həyətyanı sahələrin suvarma suyu ilə təmin olunması, qəbiristanlığın ümumi ərazisinin və qəbirlərin təmizlənməsi ilə bağlı müraciətlər səsləndirilib. Rayon rəhbəri qaldırılan məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq göstərişlər verib. Qəbiristanlığın təmizlənməsi məsələsinə münasibət bildirən icra başçısı qeyd edib ki, bələdiyyələr qəbiristanlıqlarda ümumi istifadədə olan ərazilərin təmizliyini həyata keçirirlər.

Ayrı-ayrı qəbirlərin təmizlənməsi və saxlanılması isə vətəndaşların məsuliyyətinə aiddir. Rayon rəhbəri hər bir vətəndaşın yaxınlarının məzarlarını səliqəli və təmiz saxlamasının həm mənəvi, həm də vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Səyyar qəbul zamanı sakinlərin müraciətləri qeydə alınıb, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Keçidlər