Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Yeni Qaradolaq kəndində keçirilib
Vətəndaş məmnunluğunu daim rəhbər tutan Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu noyabrın 10-da Yeni Qaradolaq kəndində keçirildi. Səyyar qəbulda, RİH başçısı aparatının məsul işçiləri, YAP Ağcabədi Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,media mənsubları, kənd sakinləri iştirak etdilər.
Rayon rəhbəri görüş iştirakçılarını Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik etdi, Zəfərimizin əbədi olmasını arzuladı. R. Hüseynov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan, ölkənin daxili və xairici siyasətindəki uğurlardan, dövlət rəhbərinin qətiyyətli mövqeyindən danışdı.
Görüşdə kənd sakinləri Məhərrəm Əliyev, Fəxrəddin İskəndərov, Rövşən Hüseynov, Şəfa Əliyev, Nofəl Ağayev çıxış edərək sözügedən kənddə suvarma və içməli suyun yetərsizliyindən, elektrik enerjisinin verilməsində yaranan fasilələrdən və digər çətinliklərdən söz açdılar.
Sonda rayon rəhbər sakinlər tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirərək, həlli mümkün məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıq və tövsiyyələrini verdi.