Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində keçirilib

06 yanvar 2023 | 09:47

Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları 2023-cü ildə də davam edir. İlin ilk qəbulu Təzəkənd kəndində keçirilib. Rayon İcra Hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov kənd sakinlərini yeni təqvim ili münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Ötən il rayonda görülən quruculuq-abadlıq işlərindən, təsərrüfatda əldə edilən uğurlardan, o cümlədən mütəmadi olaraq keçirilən səyyar qəbulların əhəmiyyətindən, bunun sayəsində aradan qaldırılan problemlərdən danışan rayon rəhbəri qarşıda duran işlərdən də söz açıb.
Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakinləri Rəfael Məmmədov, Emin Həziyev, Aynur Əliyeva, Hacı Həziyev, Elmin Həsənov və digərləri istər şəxsi, istərsə də kəndin ümumi problemləri haqda məlumat veriblər. Əsas müraciətlər içməli su problemi və kənddə sahibsiz itlərin çoxalması ilə bağlı olub.Bundan əlavə, sakinlər kənd təsərrüfatı sahələrinə gedən yolların bərbad olması, zibillərin poliqona daşınması üçün yolun olmamasından söz açıb, kənddə bankomatın quraşdırılması, xəstəxana yaradılması ilə bağlı təkliflər də irəli sürüblər.
İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Keçidlər