Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Taynaq kəndində keçirilib

28 oktyabr 2022 | 10:01

 Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov oktyabrın 27-də növbəti səyyar qəbulunu Taynaq kəndində keçirib.

Qəbulda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Çıxış edən icra başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyəsinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək, eyni zamanda  onları narahat edən məsələlərin həllinə nail olmaqdan ibarətdir.

Görüşdə sakinlərin müraciətləri dinlənilib. Onları narahat edən məsələlər səsləndirilib.

Kənd sakinləri Humay Əliyeva, Murad İbrahimov, Məhərrəm Şirinov, Gülbuta Hacıyeva, Hamlet Aslanov və başqaları suvarma suyunda yaranmış problem, elektrik enerjisinin verilməsində yaranan fasilələr və başqa məsələlər barədə danışıblar.

Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki,  vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq davam edəcək.

Keçidlər