Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Şərəfxanlı kəndində keçirilib

29 iyun 2022 | 19:03

 Qəbulda rayon rəhbəri ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Şərəfxanlı kənd icra nümayəndəliyinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

            Rayon rəhbəri  Rafil Hüseynov çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarından, erməni işğalından azad olunan ərazilərdə görülən yenidənqurma və quruculuq işlərindən ətraflı söz açıb.

            Görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini yüksək qiymətləndiriblər.

Çıxış edən Əli Məmmədov, Sabir Qasımov, Nəsib Səfərov, Gürşad Bayramov və başqaları elektrik naqillərinin nasazlığından, tibb məntəqəsinin kənd ərazisindən uzaq məsafədə yerləşməsindən, içməli və suvarma suyunun verilməsində müəyyən problemlərin yaranmasından söz açıblar. Daha sonra icra başçısı Rafil Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzdindəki Müraciətlərə Operativ Baxılması Mərkəzinin fəaliyyətinə də toxunaraq bu mərkəzin səmərəli fəaliyyətinin “Azərbaycan” qəzetinin səhifələrində işıqlandırılmasını müsbət hal kimi dəyərləndirib.  

Rayon rəhbəri kənd sakinləri tərəfindən səsləndirilən problem və təkliflərin bəzilərinin yerindəcə həll edilməsi üçün tapşırıqlar verib, icra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyatı qrumlara həvalə edilib.

Keçidlər