Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Şənlik kəndində keçirilib

12 avqust 2022 | 19:26

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətini təşkil edir.  Elə bu məqsədlə də avqustun 11-də rayon rəhbəri Rafil Hüseynov növbəti səyyar qəbulunu keçirib. Rayonun Şənlik kəndində keçirilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəliyinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

   Qəbulda çıxış edən icra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq, cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətinin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Rayon rəhbəri eyni zamanda vurğulayıb ki, Ağcabədi rayonu öz iqtisadi potensialına, iqtisadi göstəricilərinə, xüsusən pambıqçılıq təsərrüfatına görə respublika üzrə digər rayonlardan həmişə fərqlənib. Şənlik kəndi də rayonumuzun pambıq tədarükündə ən fəal olan kəndlərdən biridir. 

   Səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

   Sonda sakinlər ölkə rəhbərinin bölgələrimizə göstərdiyi diqqət və qayğıdan açaraq, ölkədə gedən quruculuq, abadlıq işlərinə görə ona öz minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda rayon rəhbərinin böyük dəstəyi ilə kəndə  asfalt yolu çəkilməsini və burada körpələr evi-uşaq bağçasınıntikilməsini diqqətə çatdıran sakinlər öz razılıqlarını bildiriblər.  İcra başçısı onu da qeyd edib ki, yaxın zamanlarda Şənlik kəndində tibb məntəqəsinin də tikilməsi nəzərdə tutulur. 

Keçidlər