Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Şənlik kəndində keçirildi

01 iyun 2023 | 21:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar təşkil olunur, vətəndaşların problemlərinin həlli üçün zəruri addımlar atılır. Ağcabədi rayonunda da  bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sakinlərlə keçirdiyi səyyar görüşün növbəti ünvanı iyun ayının 1-də rayonun Şənlik kəndində oldu.

Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra başçısının 1-ci müavini Xətai Zeynalov, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri və media mənsubları iştirak etdilər.

Səyyar qəbulda çıxış edən rayon rəhbəri ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunmasından, əldə olunan qələbədən danışaraq  xalq, ordu birliyinin təntənəsindən söz açdı. Natiq çıxışında  pambıqçılıq, baramaçılıq, və kənd təsərrüfatının digər sahələri, eləcə də, suvarma işlərindən ətraflı söhbət açdı.

Qəbulda çıxış edən kənd sakinləri  Zahir Sadıqov, Möhübbət Bayramov, Elman Quliyev, Şahin Məmmədov, Elçin Əliyev  suvarma suyunun qıtlığından,  işə ehtiyacın yaranmasından və onları narahat edən digər problemlərindən söhbət açaraq köməklik göstərilməsini xahiş etdilər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri kənddə mövcud olan həlli mümkün problem və çətinliklərin aradan qaldırılması üçün əlaqədar qurumlara məsləhət və tövsiyələrini verdi. 

Keçidlər