Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Sarıcalı kəndində keçirilib

12 yanvar 2023 | 16:37

Mövcud qrafikə əsasən, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə səyyar
qəbulları davam edir. Yanvarın 11-də Sarıcalı kəndində keçirilən növbəti səyyar qəbulda hüquq-mühafizə
orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi
dairəsi üzrə icra nümayəndəliyinin, bələdiyyənin, yerli mətuatın nümayəndələri və kənd sakinləri iştirak
ediblər.
Səyyar görüşdə çıxış edən icra başçısı ilk olaraq, ötən gün ölkə başçısı İlham Əliyevin yerli televiziya
kanallarına verdiyi müsahibəyə diqqət çəkib, burada toxunulan vacib məqamlardan danışıb.
Azərbaycanın keçən illərdə qazandığı uğurlardan, işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq
işlərindən söz açan R. Hüseynov bildirib ki, 30 il ərzində tamamilə xarabalığa çevrilmiş həmin ərazilərdə
bu gün hava limanları tikilir, avtomobil yolları, tunellər çəkilir, yaşayış məskənləri yenidən bərpa edilir.
Bu işlər növbəti illərdə də davam edəcəkdir və Azərbaycan siyasi, iqtisadi, diplomatik imkanlarından
istifadə edərək yalnız inkişafa doğru addımlayacaqdır.
İcra başçısı 2022-ci ildə rayonda görülən işlərdən, əldə edilən nailiyyətlərdən, həmçinin ötən il Sarıcalı
kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlərin həll
olunmasından da danışıb, lakin kəndin qazlaşdırılması , buraya asfalt yolun çəkilməsi ilə bağlı məsələlərin
hələ ki, mümkün olmadığını, amma bu problemlərin diqqətdə saxlandığını bildirib.
Sonra kənd sakinləri Ədalət Əsgərov, Şəhriyar Zülfəliyev, Nizami Baxışov, Ağasif Cəfərov, Kazım
Mehdiyev, Salatın Əzizova və digərləri mövcud problem və çətinliklər haqqında məlumat veriblər.
Müraciətlər əsasən işlə təmin olunma, artezian quyularının bərpası, kəndin qazlaşdırılması, ünvanlı sosial
yardımın təyin edilməsi və s. ilə bağlı olub. Bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib, həlli
mümkün olmayan və ya gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərlə bağlı sakinlər lazımi
izahlarla məlumatlandırılıblar.
Səyyar qəbulda çıxış edənlər yalnız çətinliklərdən danışmayıblar. Sakinlər həmçinin Ölkə Prezidenti
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələrini nəzərə çatdıraraq öz minnətdarlıq hisslərini
ifadə edib, yerlərdə keçirilən səyyar qəbulların vətəndaşlara olan diqqət və qayğının göstəricisi olduğunu
vurğulayıblar.

Keçidlər