Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu oktyabrın 19-da Salmanbəyli kəndində keçirilib.
Şəhid Əlfi Məmmədov adına kənd tam orta məktəbinin akt zalında keçirilən görüşdə RİH başçısının müavini, aparatın şöbə müdirləri, RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və rayon idarə və təşkilatların rəhbərləri iştirak edib.
Tədbirdən öncə icra başçısı, idarə rəhbərlərilə birgə birinci Qarabağ Müharibəsi şəhidi, Ağcabədinin qəhrəman oğlu Əlfi Məmmədovun ucaldılmış büstünü ziyarət edərək, qarşısına qərənfil qoyublar.
Görüşdə çıxış edən rayon rəhbəri kənd sakinlərini salamlayaraq bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar qəbullarda əsas məqsəd mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Qəbulda kənd sakinləri Heydər Məmmədov, Şahin Bayramov, İsa Zeynalov, Hüsü Məmmədov, Heydər Zeynalov və başqaları göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra bəzi zəruri problemlər ayrı-ayrılıqda dinlənilib. Qaldırılan məsələlər əsasən işıq, yol və içməli su ilə bağlı olub. Bu problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və yerindəcə müvafiq qurumlara tapşırıqlar verilib.