Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Rəncbərlər kəndində keçirilib

03 noyabr 2022 | 15:24

​Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə sakinlərlə görüşləri davam etdirilir. Rayon rəhbəri noyabrın 2-də Rəncbələr kəndində növbəti səyyar qəbulunu keçirdi. Qəbulda rayonun hüquq-mühafizə orqanları, media nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri, yerli bələdiyyə və icra nümayəndələri, kənd sakinləri iştirak etdilər.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbəsindən danışan icra başçısı onu da qeyd etdi ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Hazırda azad edilən doğma torpaqlarda mina təmizləmə işləri ilə yanaşı, böyük layihələr icra edilir, şəhər və kəndlərdə sürətli tikinti və abadlıq işləri aparılır.
Qəbulda sakinlərin müraciətləri dinlənildi. Kənd sakinləri Aqil İsmayılov, Rizvan Usubov, Aqil Rəhimov, Habil İsmayılov və başqaları suvarma və içməli suyun verilməsində yaranmış çətinliklərdən, yeni tikilmiş evlərdə sayğaclaşdırılma məsələsindən,yeni yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulan torpaq bölgüsində yaranmış çətinliklərdən söz açdılar.
Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyatı tapşırıq və tövsiyyələr verildi.​Bir sıra məsələlər yerində öz həllini tapdı.

Keçidlər