Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Qaradolaq kəndində keçirilib

19 yanvar 2023 | 16:43

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin  yanvar ayı üçün 3-cü səyyar qəbulu Qaradolaq kəndində keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul şəxsləri, idarə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak edib.

Hamlet Məmmədov adına Qaradolaq kənd 1 saylı tam orta məktəbində təşkil olunan  görüşdə  əvvəlcə qonaqlar  sözügedən məktəbdə yaradılmış  “Zəfər” muzeyini ziyarət edib.

Sonra məktəbin akt zalında davam edən səyyar qəbulda çıxış edən rayon rəhbəri Rafil Hüseynov yerlərdə  həyata keçirilən qəbulların vətəndaşların çətinlik və problemlərinin yerindəcə öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən söz açıb.  O, bildirib ki, Ağcabədi RİH yanında fəaliyyət göstərən MOB Mərkəzinə, eləcə də elektron qaydada (www.rih.gov.az) edilən müraciətlərə dərhal baxılır, qaldırılan məsələnin həlli istiqamətində addımlar atılır. R. Hüseynov eyni zamanda  işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işlərindən danışıb.

Sonra söz qəbul iştirakçılarına verilib. Kənd sakinləri Namaz Məmmədov, Ədalət Cəfərov, Müzəffər Şirinov, İnam Cəfərov,  Taleh Vəliyev, Elyaz Qarayev və başqaları kənddə yaranan suvarma  və içməli su  problemi, aztəminatlı ailələrə sosial müavinətlərin təyin olunması və bu kimi digər problemlərini səsləndiriblər.

Vətəndaşların  problemləri həssaslıqla dinlənilib.  Diqqətə çatdırılan məsələlərə aydınlıq gətirilib, araşdırılması vaxt tələb edən məsələlərlə əlaqədar müvafiq qurumlara və şəxslərə göstərişlər verilib.

Keçidlər