Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Poladlı kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, onların problemlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verir.
İcra başçısının səyyar qəbul qrafikinə əsasən noyabrın 23-də növbəti qəbul rayonun Poladlı kəndində keçirildi. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, media nümayəndələri , rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər .
Səyyar qəbulu giriş nitqi ilə açan rayon rəhbəri Rafil Hüseynov görüşün məqsəd və mahiyyətindən, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan və cənab Prezident İlham Əliyevin ölkənin daxili və xairici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən söz açdı.Görüşdə sakinlərin müraciətləri dinlənildi. Onları narahat edən məsələlər səsləndirildi. Kənd sakinləri Yasin Sadıqov, Nazilə Qasımova,Sahib Əliyev, Adil Əhmədov, Şəfəq Rəhimova və başqaları kəndin qazlaşdırılmasının zəruriliyi, kənd məktəbinin olmaması , içməli və suvarma suyunda yaranmış çətinliklər, kənd yolunun asfaltlanması və başqa məsələlər barədə rayon rəhbərliyinə müraciətlər etdilər.
Səyyar görüşdə səsləndirilən problemlərin bir çoxu yerində öz həllini tapdı.Digərlərinin isə araşdırılması və qanunamüvafiq formada həlli üçün tapşırıqlar verildi