Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Pərioğlular kəndində keçirilib

16 mart 2023 | 11:09

Pərioğullar kəndində səyyar qəbul 

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sakinlərlə keçirdiyi səyyar görüşün növbəti ünvanı rayonun Pərioğullar kəndi oldu.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri, media nümayəndələri iştirak etdi.
Görüş iştirakçılarını xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edən icra başçısı çıxış zamanı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan, əldə edilən yüksək nailiyyətlərdən söz açdı.
Sonra söz qəbul iştirakçılarına verildi.
Kənd sakini Mərdan Həsənov kənd poçtuna nümayəndə təyin olunmasının vacibliyindən, İnşallah Abbasov suvarma suyunda yaranmış çətinliklərdən söz açdılar.
Görüşdə səsləndirilən bəzi həlli mümkün məsələlərə baxılması rayon rəhbərinin göstərişi ilə aidiyyəti qurumlara həvalə edildi.
Keçidlər