Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Muğanlı kəndində keçirilib

10 mart 2023 | 10:46

Ölkəmizdə  idarəetmə mexanizminin, ictimai həmrəyliyin güclənməsi, insana, vətəndaşa və xalqa xidmətin  müasir meyillər əsasında formalaşması, təkmilləşməsi  istiqamətində bir çox addımlar atılır, vətəndaş məmnunluğunun təmin edilməsi, onların rifahının yüksəldilməsi üçün müvafiq işlər görülür. Ağcabədidə də bu siyasət uğurla həyata keçirilir. Vətəndaş müraciətlərini operativ cavablandırmaq, məmur-vətəndaş münasibətlərində əlçatanlığı təmin etmək  məqsədilə  16 mart 2020-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında yaradılmış Müraciətlərə Operativ Baxılması Mərkəzinin bugünədək olan fəaliyyətinə nəzər saldıqda nəticələrin nə qədər qənaətbəxş olduğunu görmək mümkündür. Bununla yanaşı, hər həftənin müəyyən günlərində  rayon icra hakimiyyətində fərdi vətəndaş qəbulları və yerlərdə səyyar qəbullar keçirilir ki, bütün bunlar vətəndaşların problemləri ilə daha yaxından tanış olmağa və  bu problemlərin vaxtında həllinə imkan yaradır.

Cari ildə də mövcud qrafikə əsasən  qəbulların keçirilməsi davam edir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun  növbəti səyyar- qəbulu  martın 9-da Muğanlı kəndində keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Çıxış edən rayon rəhbəri ölkəmizdə gedən inkişafdan, işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulmasından söz açıb, bu işlərdə xalq olaraq birliyimizin vacibliyini vurğulayıb.  Çıxış zamanı rayonda görülən quruculuq, abadlıq işlərindən də  danışan R.Hüseynov həmçinin  mövcud problemlərə toxunub, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

Sonra qəbul iştirakçılarının fikir və təklifləri dinlənilib. Kənd sakinləri Bəylər Əliyev, Əlasdan Ağayev, Bayram Quliyev və digərləri çıxış edərək, kənddəki ümumtəhsil məktəbinin istiliklə təmin olunması,  artezian quyusunun bərpası və qaldırılan digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. Sakinlərin müraciətləri dinlənildikdən sonra aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.

Keçidlər