Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Mehrablı kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu Mehrablı kənd sakinləri ilə keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Mehrablı kənd 1 saylı tam orta məktəbində təşkil olunan görüşdə əvvəlcə Türkiyə Cümhuriyyətində baş verən dəhşətli zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən rayon rəhbəri Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələ bölgəsinə dəstək məqsədi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasından söz açıb. R. Hüseynov eyni zamanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından, ölkəmizin tərəqqisindən, beynəlxalq arenada qalib ölkə kimi tanınmasından danışıb.
Sonra vətəndaşlar fərdi qaydada dinlənilib. Kənd sakini Rəhman Məmmədov, Vidadi Quliyev, Əli Məmmədov əkin sahələrinin suvarılması zamanı yaranan problem, eləcə də içməli su qıtlığı, Ziyafət Dəmirov dövlət aktı ilə onlara islahat vaxtı verilən pay torpaqlarını sənədləşdirə bilməməsi, Yelmar Hidayətov mal-qarası üçün otlaq sahəsinin olmaması və digər bu kimi problemlərini diqqətə çatdırıblar.
Sakinlər tərəfindən səsləndirilən məsələlər diqqətlə dinlənilib, bəzi problemlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün müvafiq tapşırıqlar verilib.