Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Kürdlər kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu avqustun 24-də rayonun Kürdlər kəndində keçirib. Qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəsinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstyərən idarə, müəssisə və xidmət təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak ediblər.Əvvəlcə kənddə şəhid Akif Soltanovun adını daşıyan məktəbdə onun xatirəsini əbədiləşdirən abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.Görüşdə icra başçısı Rafil Hüseynov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. R. Hüseynov həmçinin onu da bildirib ki, ölkə rəhbəri İlham Əliyevin sosial-iqtisadi inkişafa göstərdiyi qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunların əsasında ilk növbədə əhalinin rifah halının yaxşılaşdırılması dayanır. Daha sonra 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Müzəffər Ordumuzun düşməni məhv edib, torpaqlarımızı işğaldan azad etməsindən və azad olunumuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərindən söhbət açılıb. O, da qeyd olunub ki, 10 noyabrda imzalanmış kapitulyasiya aktına baxmayaraq, ermənistan dəmir yumruğun zərbə gücünü unudub təxribatlar törədir, bunun nəticəsində Azərbaycan Ordusu tərəfindən avqustun 3-də “Qisas” əməliyyatı keçirilib. Bununla da düşmənə Ordumuzun gücü bir daha göstərilib.Sonra qəbulda çıxış edən kənd sakinləri Rasim Abışov, Xaləddin Abışov, Mürsəl Mamedov, Əkbər Əsədov, Rövşən Əsədov, Adışirin Quliyev, Bilal Abışov, Türbəndə Məmmədov və başqaları kənddəki mövcud problemlərdən söz açıblar. Qaldırılan məsələlərin həlli üçün icra başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Həlli zaman tələb edən məsələlər isə aidiyyatı qurumlara həvalə edilib.
Yekunda qəbulda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirblər.