Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Kəhrizli kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Rayon rəhbərinin səyyar qəbul qrafikinə əsasən sentyabrın 28-də növbəti qəbul rayonun Kəhrizli kəndində keçirildi. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri, media mənsubları iştirak ediblər. Səyyar qəbulu giriş nitqi ilə açan rayon rəhbəri, ölkə başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi, mədəni, islahatlardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən söz açdı.
Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirildi. Kənd sakinləri kənddə suvarma və içməli suyun azlığından, məişət tullantılarının yol kənarına atılmasından, sıradan çıxmış yararsız elektrik dirəklərinin yaratdığı problemlərdən söz açdılar.
Səsləndirilən problemlərin bir çoxu yerində öz həllini tapdı. Digərlərinin isə həll olunması üçün müvafiq tapşırıqlar verildi.