Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü İmamqulubəyli kəndində keçirilib

26 yanvar 2023 | 12:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq,  rayonun İmamqulubəyli kəndində sakinlərlə növbəti görüş keçirilib.

Səyyar qəbulda  hüquq mühafizə orqanlarının,idarə, müəssisə  və digər xidmət təşkilatlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər,kənd sakinləri  və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Öncə torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi  iştirakçılar  tərəfindən dərin ehtiramla yad olunub.

Rayonda  həyata keçirilən  ifrastruktur layihələr, qısa müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə  geniş söz açan   rayon rəhbəri eyni zamanda  rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin, xüsüsən işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, həmin məsələlərin dövlət strukturları tərəfindən  daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində  müvafiq addımların atıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, rayon rəhbəri Rafil Hüseynov kənd sakinlərinin  sualların ətraflı cavablandırıb.

Çıxış edən kənd sakinləri: Həqiqət  Zeynalova övladının,  Sabit  Mikayılov həyat yoldaşının işlə təmin olunması,  Pənah Nəcəfov krant artezianın bərpa olunması, İlhamə Qasımova, Bahəddin Kərimov suvarma suyunda çətinliklərin olduğunu, Cəvahir Kərimova hərbçi övladının fərdi yaşayış evinə qaz çəkilməsini, Sevinc Kazımova özünüməşğulluq proqramı xətti ilə mal-qara alması, Behbud Kərimov kəndin mərkəzində olan içməli su artezianının  bərpa olunması, kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini,  Təranə Soltanova,  Göyçək  Kərimova isə ünvanlı sosial yardım almaq üçün  lazımi köməkliyin  göstərilməsini xahiş ediblər.

Səyyar qəbulda qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapıb,  digər problemlərin həlli üçün isə  müvafiq göstərişlər və tapşırıqlar  verilib.

Keçidlər