Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Hüsülü kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hüsülü kəndində səyyar qəbul keçirib. İyunun 13-də təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, kənd ərazisində fəaliyyət göstərən idarə, təşkilat, müəssisələrin rəhbərləri, torpaq mülkiyyətçiləri, kənd sakinləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Səyyar qəbul zamanı çıxış edən rayon rəhbəri icra pandemiya vaxtı belə görüşlərin keçirilməsinin mümkün olmadığını və bu ilin mart ayından etibarən karantin qaydalarının yumşalması nəticəsində səyyar qəbulların müntəzəm olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı. Rayon rəhbəri eyni zamanda cəbhə zonasında yerləşən Ağcabədi camaatının Vətən müharibəsi zamanı göstərdiyi yüksək vətənpərvərlik mövqeyini, döyüşən ordu ilə bir olaraq, qələbə üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı Böyük Zəfərin xalqımız üçün nə qədər önəmli olduğunu vurğulayan Rafil Hüseynov işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti, quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırdı.
Səyyar qəbulda rayon rəhbəri kənd sakinlərini diqqət və qayğı ilə dinləyərək onları narahat edən çətinliklərin, içməli və təsərrüfat suyu qıtlığının, kənddə işığın tez-tez keçməsinin və bu kimi problemlərin vaxtında aradan qaldırılması üçün məsləhət və tövsiyələri vedi. Bəzi məsələlər həllini yerində tapıb, digər çətinliklərin təcili aradan qaldırılması üçün müvafiq qurumlara tövsiyələr verildi.