Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Hindarx qəsəbəsində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 2023-cü ildə növbəti səyyar qəbulu fevralın 1-də rayonun Hindarx qəsəbəsində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, kənd bələdiyyəsinin sədri, yerli mətbuat nümayəndələri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı öz çıxışında qəsəbənin gələcək üçün böyük perspektivlərə malik olmasından danışıb, burada sahibkarlıq subyektlərinin, istehsal sahəsinin yaradılmasının vacibliyini vurğulayıb. Rayon rəhbəri həmçinin gələcəkdə burada sənaye obyektlərinin tikilməsi üçün dəstək verilə biləcəyini də diqqətə çatdırıb.
Qəsəbədə şəhər mühitinin yaradılması üçün müvafiq işlərin görülməsinin əhəmiyyətindən danışan natiq buradakı məktəb binalarının, körpələr evi-uşaq bağçasının, xəstəxana binasının hazırkı vəziyyəti, həmçinin 3 məktəbin yalnız birinin tam orta məktəb olması ilə bağlı narahtlığını bildirib, bununla bağlı müvafiq addımların atılmasının lazım olduğunu qeyd edib.
Sonra söz qəbul iştirakçılarına verilib. Qəsəbə sakinlərinin çıxışlarında artezian quyusunun xarab olmuş su nasosunun təmiri, küçələrin işıqlandırılması, qəsəbədəki park ərazisində sanitar qovşağın tikilməsi və digər məsələlərlə bağlı fikir və təkliflər yer alıb.
Sakinlər həmçinin vətəndaşların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.