Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Gələbədin kəndində keçirilib

09 iyun 2022 | 09:23

İyun ayının 8-də Ağcabədi rayonunda əhalinin problemlərinin yerində həll olunması məqsədilə RİH başçısı Rafil Hüseynov tərəfindən rayonun Gələbədin kənd sakinləri ilə səyyar qəbul keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.


Qəbulda RİH başçısı kənd sakinlərini salamlayaraq görüşün əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. İcra başçısı həmçinin ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Rayon rəhbəri həmçinin Qarabağda və Şərqi Zəngəzurda sürətlə gedən quruculuq işlərindən , işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasından, qaçqınların tezliklə öz el-obalarına qayıtmasından da söz açıb.

Səyyar qəbulda çıxış edən vətəndaşlar suvarma kanallarının təmizlənməsi, kənddə yeni yolun açılması, uşaq bağçasının əsaslı təmiri, kəndin bəzi ərazilərində elektrik gücünün artırılması və s. məsələlər barədə müraciət etmişlər. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır. Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər