Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Cəfərbəyli kəndində keçirilib

08 sentyabr 2022 | 11:50

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

​İcra başçısının səyyar qəbul qrafikinə əsasən sentyabrın 7-də növbəti qəbul rayonun Cəfərbəyli kəndində keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər. 

​Səyyar qəbulu giriş nitqi ilə açan rayon rəhbəri Rafil Hüseynov görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlardan və cənab Prezident İlham Əliyevin ölkənin daxili və xairici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən söz açıb. Görüşdə sakinlərin müraciətləri dinlənilib. Onları narahat edən məsələlər səsləndirilib.

Səyyar görüşdə səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib. 

​Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq davam edəcək.

Keçidlər