Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Avşar kəndində keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca 30-cu səyyar qəbulu Avşar kəndində keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri və kənd sakinləriiştirak ediblər.
Səyyar qəbulda çıxış edən rayon rəhbəri gündən-günə inkişaf edən ölkəmizin uğurlu daxili və xarici siyasət nəticəsində regionda güclü dövlətə çevrilməsindən, Azərbaycanın bir çox beynəlxalq tədbirlərin əsas iştirakçısı olmasından, ölkəmizdə bütün sahələrdə olduğu kimi bölgələrin sosial-iqtisadi inkişafı sahəsində də ardıcıl və uğurlu siyasət aparılmasından söz açıb. R. Hüseynov eyni zamanda işğaldan azad olunan ərazilərdə görülən yenidənqurma və abadlıq işləri barədə də danışıb. Qeyd olunub ki, azad olunmuş ərazilərdə mina təhlükələrinin aradan qaldırılması, çətin relyefə malik yerlərdə beynəlxalq aeroportların tikilməsi, qısa müddət ərzində yaşıllıq zonalarının və yeni kəndlərin salınması uğurluaddımdır və bütün bunlar böyqk investisiya tələb edir. O, da bildirilib ki, bu ərazilərə səfər edən xarici təşkilat nümayəndələri az vaxt ərzində böyük inkişafın şahidi olublar.
Sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Kənd sakinləri Nübar Kazımova, Ədalət Hüseynov, Kərim Ələkbərov, İsgəndər Qarayev, Qərib Alıyev içməli su və suvarma suyunun qıtlığı, kənddə uşaq bağçasının olmaması məsələlərini diqqətə çatdırıb.Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin, onların həlli yollarının araşdırılması üçün müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.