Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Aşağı Avşar kəndində keçirilib

22 iyul 2022 | 08:10

​Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun yerlərdə sakinlərlə görüşləri davam etdirilir. Rayon rəhbəri iyulun 20-də Aşağı Avşar kəndində növbəti səyyar qəbul keçirilib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə, təşkilatların rəhbərləri, yerli bələdiyyə və icra nümayəndələri, kənd sakinləri, media nümayəndələri iştirak edib. 

​Səyyar qəbul zamanı çıxış edən rayon rəhbəri Vətən müharibəsində xalqımızın və ordumuzun əldə etdiyi möhtəşəm qələbədən, hazırda Qarabağ bölgəsində həyata keçirilən tikinti-abadlıq işlərindən, azad olunmuş ərazilərə sakinlərin köçürülməsindən, habelə, Ağcabədi rayonunda kənd təsərrüfatı işlərinin gedişindən geniş söhbət açıb, sakinlərin təklif və müraciətlərinə münasibətini bildirib. 

​R.Hüseynov təsərrüfat, işıq, su problemləri ilə əlaqədar kənd sakinləri tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində müvafiq təşkilatlara öz tapşırıq və tövsiyələrini verib. Bir sıra məsələlər yerində həllini tapıb.

Keçidlər