Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Arazbar kəndində keçirilib
Noyabrın 16-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu rayonun Arazbar kəndində keçirtdi. Qəbulun ll Qarabağ müharibəsi şəhidi Ceyhun Hüseynovun ailəsinə məxsus evin həyətində keçirilməsi onun əhəmiyyətini, mahiyyətini, məsuliyyətini daha da artırıb və bununla yanaşı, bu görüş şəhidimizin ailəsinin qəbul iştirakçıları tərəfindən ziyarət olunmasına imkan yaradıb.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul işçiləri, media nümayəndələri , rayonda fəaliyyət göstərən idarə müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etdilər
Çıxış edən icra başçısı Rafil Hüseynov Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin bəhrələrini sadalayaraq, əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırdı. Rayon rəhbəri 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv etməsindən, azad olunmuş ərazilərdə nəhəng quruculuq işlərinin aparılmasının da məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğundan söz açdı.
Kənd sakinləri ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini yüksək qiymətləndirdilər. Daha sonra çıxış edən Emin Mənsimov, Güləhməd Həsənov, Tacir Hüseynov, Zahid Hüseynov, Məhəmməd Hüseynov, Elmir Vəliyev kənddə yaranmış suvarma suyunun çatışmazlığından, kənddə körpələr evi – uşaq bağçasının tikintisinə ehtiyac olmasından və başa məsələlərdən söz açdılar. Sonda rayon rəhbəri sakinləri narahat edən mövcud problemlərin yerində öyrənilməsi və operativ həlli barəsində tapşırıq və tövsiyələrini verdi.