Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Ağabəyli kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq problemlərinhəll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Rayon rəhbəri Rafil Hüseynov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərinin yerindəcə öyrənilib həll edilməsi məqsədilə avqustun 17-də rayonun Ağabəyli kəndində səyyar qəbul keçirib.
Qəbulda icra başçısı Rafil Hüseynovla yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd icra nümayəndəsinin, bələdiyyənin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Görüşdə Rafil Hüseynov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, respublikamızda, o cümlədən Ağcabədi rayonunda həyata keçirilmiş işlər barədə sakinlərə məlumat vermiş, bildirilmişdir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, dövlət idarəçiliyinin effektivliyi möhkəmlənmiş, müstəqil respublikamızın beynəlxalq nüfuzu artmışdır.
Qəbulda çıxış edən kənd sakinləri Məzahir Kərimov, Zülfi Quliyev, Sadiq Kərimov, Elnarə Ağayeva, Əlövsət Kərimov, Çingiz Hüseynov onları narahat edən çətinlik və problemlər barədə məlumat veriblər.
Qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapıb,bəziləri isə aidiyyatı qurumlara həvalə edilib.
Sonda qəbulda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.