Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Muğanlı kəndində səyyar qəbul-görüşü keçirilmişdir

18 iyul 2024 | 12:07

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi keçirdiyi səyyar qəbullarda da vətəndaşları narahat edən bir çox məsələlər öyrənilərək aradan qaldırılır.
Belə səyyar görüşlərdən daha biri iyulun 17-də rayonun Muğanlı kəndində keçirilib.
Hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərlərinin, media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. O, işğaldan azad edilmiş ərazilərimizdə gedən tikinti, quruculuq-abadlıq işlərindən söz açıb, o cümlədən Ağcabədidə görülən danışıb.
Sonra söz qəbul iştirakçılarına verilib. Sakinlər öncə səyyar görüşlərin mütəmadi keçirilməsinə görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Bir neçə xırda mübahisə yaradan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən sakinlərə lazımi tövsiyələr verilib. Qəbulda əsas problem isə su ilə bağlı olub. Əksər müraciətlərdə əkin yerlərinin, meyvə bağının susuz qaldığı, susuzluğun ciddi problem yaratdığı, həm bir neçə subartezian quyularının qazılması və bərpasına, həmçinin 2 ədəd içməli artezian quyusunun qazılmasına ehtiyac olduğu bildirildi.
İcra başçısı kəndin su məsələsinin problemli olduğunu, acınacaqlı vəziyyət yarandığını və bunun aradan qaldırılmasına çalışdıqlarını bildirdi. Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi də kənddə artezian quyusunun qazılması ilə bağlı məsələyə münasibət bildirərək cari ildə Muğanlı kəndinin də planda olduğunu qeyd edib. Sakinlərə izah olunub ki, böyük vəsait tələb edən bu quyuların hamısının qazılması mümkün deyil. Lakin qeyd olunduğu kimi problemin həlli istiqamətində müəyyən qədər işlər görüləcəkdir.

Keçidlər