Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Muğanlı kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

08 aprel 2026 | 18:36
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlərlə keçirdiyi ənənəvi səyyar qəbullar təsdiq olunmuş qrafikə uyğun olaraq davam edir. Aprelin 8-də rayon rəhbərliyinin növbəti görüşü Muğanlı kənd Folklor evində təşkil olunub.
 
Tədbir başlamazdan əvvəl sakinlərin maarifləndirilməsi məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət qaydaları, xüsusilə “onlayn qəbul” xidmətindən istifadə ilə bağlı təlimat videosu nümayiş etdirilib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir texnologiyaların tətbiqi vətəndaş müraciətlərinin daha operativ və səmərəli şəkildə cavablandırılmasına geniş imkanlar yaradır.
Görüşdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, eləcə də kənd təsərrüfatının mövcud vəziyyəti barədə ətraflı məlumat verib. O, pambıqçılıq sahəsinin rayon iqtisadiyyatındakı mühüm rolunu xüsusi vurğulayaraq bildirib ki, bu sahə həm ölkəyə valyuta axınının təmin olunması, həm də əhalinin məşğulluğunun artırılması baxımından strateji əhəmiyyət daşıyır.
 
Daha sonra qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən təsərrüfat sahələrində mövcud problemlər, pambıq əkini ilə bağlı yaranan çətinliklər, həmçinin suvarmada mühüm rol oynayan artezian quyularının bərpasına olan ehtiyaclarla bağlı olub.
 
Səsləndirilən bütün müraciət və təkliflər rayon icra hakimiyyətinin başçısı tərəfindən diqqətlə qeydə alınıb. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər