Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Minaxorlu kəndində səyyar qəbul-görüşü keçirilmişdir

05 dekabr 2024 | 12:42
 
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Minaxorlu kəndində keçirilib. Açıq havada təşkil olunmuş görüşdə öncə rayon rəhbəri Rafil Hüseynov çıxış edib. O, bildirib ki, kənddə bir sıra çətinliklərin olduğu məlumdur. Amma bunların içərisində eləsi var ki, həllini tapır, bəziləri isə gələcək üçün plana salınır. Hazırda Qarabağda görülən işlərdən, ordumuzun daha da qüdrətlənməsi üçün atılan addımlardan da söz açan icra başçısı bu məsələlərə daha həssaslıqla yanaşlımasının vacibliyini və bu işdə hər kəsin bir olmasının əhəmiyyətini vurğulayıb.
Sonra vətəndaşlara söz verilib. Müraciətlər daha çox bir neçə suvarma artezianın bərpası, yeni içməli su artezianının qazılması, ümumilikdə suvarmada yaşanan problemlə bağlı olub. Sakinlərə bildirilib ki, sözügedən artezianlardan bir neçəsinin bərpası tezliklə olmasa da növbəti illər üçün siyahıya salınıb.
Daha bir müraciətdə isə kənd məktəbinin qarşısındakı yolda tez-tez təhlükəli vəziyyət yarandığı üçün tramplin qoyulması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərinin yenilənməsi,müəyyən səbəblərdən örüş-otlaq sahəsindən sakinlərin istifadə edə bilməməsi və digər məsələlərlə bağlı yaşanan problemlər diqqətə çatdırılıb. Qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti təşkilatların nümayəndələri ilə fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli istiqamətində icrası nəzərdə tutulan işlər diqqətə çatdırılıb, bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Keçidlər