Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Kürdlər kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Bildiyimiz kimi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hər həftə vətəndaşlarla görüşlər keçirir,onların təkliflərini, çətinlik və problemləri dinləyir, bu problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Qrafik əsasında növbəti görüş rayonun Kürdlər kəndində təşkil olunub. Öncə kürdlər kənd tam orta məktəbinin həyətində şəhidlərimizin xatirə lövhəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Görüşdə hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul şəxsləri, digər aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Öncə icra başçısı Rafil Hüseynov çıxış edib. O, qarşıdan gələn Zəfər Günü münasibətilə sakinləri təbrik edib, Qarabağda görülən işlərdən söz açıb.
Sonra kənd sakinlərinə söz verilib. Sakinlər öz çıxışlarında müəyyən məsələlərə toxunub, o cümlədən keçirilən görüşlərə, sakinlərə göstərilən diqqətə görə öz minnətdarlıqlarını və məmnunluqlarını bildiriblər.