Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Kəhrizli kəndində səyyar qəbul-görüşü keçirilmişdir

11 iyul 2024 | 12:13

   İyulun 10-da Kəhrizli kəndində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib.

    Kəhrizli  kənd tam orta məktəbinin binasında təşkil olunan görüşdə icra başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Aparatın şöbə müdriləri, o cümlədən aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər. 

   Rayon rəhbəri Rafil Hüseynov çıxış edərək son zamanlar Qarabağda görülən işlər haqqında ətraflı məlumat verib. O,  bildirib ki, hazırda rayonumuzda işıq, qaz, su və digər məsələlərlə  bağlı lazımi addımlar atılır, lakin müəyyən çatışmazlıqlar da olur ki, bu da  işğaldan azad edilmiş torpaqlarda görülən işlərlə bağlıdır.Çünki eyni işlər orada da həyata keçirilir.Əhali öz ata-baba torpaqlarına qayıdır və onların qayıtması üçün şəraitin yaradılması vacibdir.

     Sonra qəbul iştirakçıları söz alıblar.Kənddə yeni məktəb binasının tikilməsinə ehtiyac olması,kəndin müəyyən hissəsində elektrik enerjisinin fasilələrlə verilməsi, o cümlədən kabelləşməyə ehtiyac olması,bəzi elektrik xətlərinin və dirəklərinin qəzalı vəziyyətdə qalması,məişət tullantılarının toplanması üçün yer olmaması,kənddə avtomobil idarə edən azyaşlıların sayının günbəgün artması, onların təhlükəli vəziyyət yaratması,on gündən artıqdır internet xətlərinin  kəsilməsi, hələ də bərpa olunmaması və digər məsələlər rayon rəhbərinin diqqətinə çatdırılıb.

    Qaldırılan məsələlərlə bağlı aidiyyəti müəssisə və təşkilatların nümayəndələri münasibət bildirib. Qeyd olunub ki, problemli elektrik xətlərinə, əyilmiş dirəklərə bu gün baxış keçirilib, qeydlər aparılıb, qısa  zamanda bu problemlər aradan qaldırılacaqdır. Həmçinin kənddə müəyyən zamanda kabelləşdirilmənin aparılacağı da sakinlərin nəzərinə çatdırılıb. Kəhrizli kəndində yeni məktəb binasının tikilməsinin də nəzərdə tutulduğu, bunun həm də tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Məişət tullantılarının toplanması, yığılması ilə bağlı isə kommunal məsələlərin həllinə cavabdeh olan bələdiyyəyə müraciət edilməsi tövsiyə olunub. Azyaşlıların avtomobil idarə edərək təhlükəli vəziyyət yaratması ilə də bağlı lazımi məsləhətlər verilib, burada ziyalıların təbliğatının əhəmiyyəti qeyd olunub.

   Həmçinin, su, internet və digər məsələlərlə əlaqədar çətinliklərə də aydınlıq gətirilib, müvafiq tapşırıqlar verilib.

Keçidlər