Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun İmamqulubəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir

18 dekabr 2024 | 18:08
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu dekabrın 18-də İmamqulubəyli kəndində keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, hüquq-mühafizə oraqanlarının, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə keçiriliən görüşdə öncə icra başçısı çıxış edib. Sonra söz kənd sakinlərinə verilib.
Qəbul iştirakçısı Razil Kərimov müraciətində içməli su üçün 1 ədəd krant artezianın qazılmasını və 1 ədədinin bərpasına köməklik göstərilməsini xahiş edib. Rayon rəhbəri məsələ ilə bağlı müvafiq izahat verib və 1 ədəd krant artezianın qazılmasının nəzərdə tutulduğunu bildirərək məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Kənd sakini Mətanət Əliyeva isə əlillik dərəcəsi olan övladının təqaüdünün kəsildiyini bildirərək köməklik göstərilməsini xahiş edib. Məsələ ilə bağlı vətəndaşa lazımi izahat verilib və övladının təqaüdü ilə bağlı aidiyyəti üzrə bir daha müraciət etməsi tövsiyə olunub. Vətəndaşın həmçinin övladının münasib işlə təmin olunması xahişinə də münasibət bildirilib, müraciətlə bağlı müvafiq qanunvericilik qaydaları ona izah olunub, vakant iş yerlərinin təklif edilməsi ilə bağlı məsələnin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və yerli qurumlarının səlahiyyətləri daxilində olduğunu bildirərək hazırda kənd ərazisində müvafiq iş yeri olmadığı üçün vətəndaşa işlə bağlı Qarabağ Regional Məşulluq Filialının Ağcabədi Xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunub.
Keçidlər