Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Hindarx qəsəbəsində səyyar qəbul-görüşü keçirilmişdir

05 sentyabr 2024 | 15:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasəti əsas tutularaq yerlərdə mütəmadi olaraq vətəndaşlarla səyyar qəbullar həyata keçirilir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun sakinlərlə növbəti səyyar görüşü sentyabrın 4-də rayonun Hindarx qəsəbəsində keçirilib. Səyyar qəbulda RİHB-nın müavinləri, RİHB aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, habelə qəsəbə ziyalıları, ağsaqqallar və qəsəbə sakinləri iştirak ediblər.
Çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işə böyük fayda verir. Hər görüşdə sakinlər tərəfindən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtarılır və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı sakinlərin suallarına ətraflı cavablar verib.
Qəsəbə sakinlərindən Vüsal Əsədov müraciətində işlə təmin olunmasına və övladına məktəbli forması verilməsinə, Əliş Əliyev istifadəsində olan torpaq sahəsini suvarılmasına, qəsəbənin bələdiyyə sədri Təvəkkül Abbasov Yanğından mühafizə və Polis bölmələrinin fəaliyyəti üçün tikinti məqsədilə bələdiyyənin örüş-otlaq sahəsindən 2.0 ha torpaq sahəsinin ayrıldığını bildirərək həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsinə və Hindarx qəsəbə ərazisində yeni bağça tikintisinə, Maqsuq Hüseynov isə müraciətində qəsəbə ərazisində “Aqropark”ın fəaliyyət göstərdiyini bildirərək yeni iş yerlərinin yaradılması məqsədilə pambıq emalı zavodunun tikintisinin aparılmasına köməklik göstərilməsini xahiş ediblər.
Sakinləri dinləyən Ağcabədi rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov qaldırılan məsələlərin, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.
Keçidlər