Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Hacılar kəndində səyyar qəbul-görüşü keçirilmişdir

25 iyul 2024 | 10:08

Növbəti səyyar qəbul  iyulun 24-də Hacılar kəndində keçirilib. Qəbulda həmçinin hüquq-mühafizə orqanlarının , aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, media nümayəndələri iştirak edib.

   Öncə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sonra sözü qəbul iştirakçılarına verib.

    Kənd sakinləri Ceyhun Abbasov, Aybəniz Abbasova, Sitarə Rüstəmova, Fikrət Məmmədov, Əhliman Abbasov  və digərləri çıxış edərək mövcud problemləri diqqətə çatdırıblar. Müraciətlər içərisində kənddə yaşanan içməli su problemi, elektrik xətlərində, elektrik dirəklərində olan qəzalı vəziyyət, sığorta ilə  bağlı yaşanan çətinliklər və digər məsələlərlə bağlı köməklik göstərilməsi xahiş olunub. Hər bir məsələ diqqətlə dinlənilib, cavabdeh şəxslərlə müzakirələr aparılıb, problemlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Sığorta ilə bağlı problemin yaşanmaması üçün isə əmlakın vaxtında sığortalanmasının vacibliyi izah olunub.

Keçidlər