Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Gələbədin kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

11 mart 2026 | 18:54
Martın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar vətəndaş qəbulu rayonun Gələbədin kəndində keçirilib.
 
Qəbul zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı səyyar qəbulların əhəmiyyətindən danışaraq bildirib ki, məsafə və digər səbəblərdən müraciətlərini aidiyyəti qurumlara çatdırmaqda çətinlik çəkən vətəndaşlar üçün belə görüşlər xüsusi əhəmiyyət daşıyır və onların problemlərinin yerində öyrənilməsinə şərait yaradır.
 
Daha sonra söz qəbul iştirakçılarına verilib. Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən kənddə elektrik xətlərinin köhnəlməsi və yeni kabelləşməyə ehtiyac olması, içməli su üçün çəkilmiş boruların istismar müddətini başa vurması, həmçinin digər sosial-məişət xarakterli məsələlərlə bağlı olub.
 
Qaldırılan hər bir məsələ ilə bağlı vətəndaşlara müvafiq izahat verilib. Bildirilib ki, elektrik şəbəkəsində kabelləşmə işləri müəyyən olunmuş növbəlilik prinsipi əsasında həyata keçirilir. Su borularının yenilənməsi ilə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, məsələnin araşdırılması və yeni borularla təmin olunması istiqamətində tədbirlərin görüləcəyi qeyd olunub.
 
Sakinlər bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını da bildiriblər. Qeyd olunub ki, uzun illər – təxminən 20 ilə yaxın müddətdə təmizlənməyən drenaj xətti sakinlərin müraciətləri əsasında Suvarma Sistemlərinin İstismarı İdarəsi tərəfindən qismən təmizlənib. Bununla belə, həmin istiqamətdə əlavə işlərin aparılmasına ehtiyac olduğu vurğulanıb.
 
Sonda yenidən çıxış edən rayon rəhbəri sakinləri qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb və işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, görüş başlamazdan əvvəl sakinlərə icra hakimiyyətlərinə müraciətlə bağlı elektron portaldan istifadə qaydalarına dair videoçarx nümayiş etdirilib.
Keçidlər