Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Aşağı Avşar kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

15 aprel 2026 | 19:05
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Aşağı Avşar kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
 
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu 15 aprel tarixində rayonun Aşağı Avşar kəndində keçirilmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
 
Görüşdə çıxış edən sakinlərdən Baxşeyiş Səfiyev və Məhəmməd Həsənov yol kənarlarında işıqlandırma sisteminin işləmədiyini bildirərək problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişlər. Rayon rəhbəri məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunduğunu qeyd etmişdir.
 
Digər sakin Zamil Süleymanov yaşadığı küçədə kanalizasiya sisteminin vəziyyəti və asfalt örtüyünün olmaması ilə bağlı çətinlikləri diqqətə çatdırmışdır. İcra başçısı problemin yerində araşdırılması və aradan qaldırılması məqsədilə müvafiq qurumlara konkret tapşırıqlar vermişdir.
 
Qəbul zamanı sosial və maddi dəstək xarakterli müraciətlər də nəzərdən keçirilmişdir. Kənd sakini Hökümə Əliyevanın heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması barədə müraciəti ilə bağlı ona qanunvericiliyin tələbləri izah edilmiş, bələdiyyəyə müraciət etməsi tövsiyə olunmuşdur.
 
Qəbulda qaldırılan həssas məsələlərdən biri də sakin Zərifə Quliyevanın cari ilin yanvar ayında baş vermiş yanğın hadisəsi ilə bağlı müraciəti olmuşdur. Yanğın nəticəsində tövləsi və mal-qarası tələf olan vətəndaşa sığortanın əhəmiyyəti izah edilmiş, eyni zamanda ona maddi yardım göstəriləcəyi bildirilmişdir. Qəbulda iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də öz növbələrində vətəndaşa dəstək göstərəcəklərini qeyd etmişlər.
 
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər