Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağcabədi şəhərində səyyar qəbul-görüşü keçirilmişdir
08 avqust 2024 | 16:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali
ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Ağcabədi şəhər inzibati ərazi vahidi üzrə 1 saylı şəhər tam orta məktəbdə - Zəfər prospekti, İsi Məlikzadə, Faiq Əlizadə, 20
yanvar, Əli Talıbov, Qarabağ küçələrinin sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB-nın birinci müavini, aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələri, fermerlər və kənd sakinləri iştirak edib.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun qəsəbə və
kəndlərində, həmçinin şəhər ərazində həyata keçirilən ifrastruktur layihələrindən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Rayon rəhbəri bunlarla yanaşı işsizliyin, suvarma suyunda çətinliklərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, icra başçısı sakinlərin suallarına ətraflı cavab verib.
Şəhər sakinləri – Vüsalə Hüseynova müraciətində yaşadığı Zəfər prospektinin gediş-gəliş səkilərinin yanında yağış sularının axıdılması üçün çəkilmiş arxlara məişət tullantılarının tökülməsi, səki kənarlarında əkilmiş ağacların budanması, Arifə Salmanova yaşadığı 20 yanvar küçəsinin içəri hissələrində küçənin işıqlanmasının olmadığı üçün gediş-gəlişdə çətinlik yarandığını, şəhər 1 saylı tam orta məktəbin həyətində məişət tullantıları üçün zibilxananın baxımsız olduğunu, sahibsiz küçə itlərin saylarının artdığını, Dilafət Hüseynov yaşadığı Təbriz küçəsinin gediş-gəliş yolunun pis vəziyyətdə olduğunu bildirərək cari təmirinə köməklik göstərilməsini, şəhid atası Həziyev Feyruz şəhərin Eldəniz Sadıqov küçəsinin bir hissəsinə övladı, şəhid Xəyal Həziyevin adına verildiyini qeyd edərək küçənin hardan başlanmasına və qurtarmasına aydınlıq gətirilməsini, Ramiz Atakişiyev yaşadıqları Qarabağ küçəsinin böyük bir döngəsinə 1-ci Qarabağ müharibəsində şəhid olmuş Fərhad Atakişiyevin adının verilməsini, Hədiyyə Əkbərova isə müraciətində şəhərin mərkəzində uşaq əyləncə yerinin olmadığını
bildirərək köməklik göstərilməsini xahiş ediblər.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən səyyar qəbulda qaldırılan məsələlərlə əlaqədar
aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.