Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağabəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
25 dekabr 2024 | 18:19
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağabəyli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2024-cü il üçün sonuncu səyyar qəbulu Ağabəyli kəndində keçirilib.
Qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə təbrik edib, 2024-cü il ərzində ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, keçirilən tədbirlərdən söz açıb.Xalqımızın hər zaman bir olmağından, məhz Dəmir yumruq ətrafında birləşərək qələbə qazanmağından danışan rayon rəhbəri bu birliyin əbədi olmasını arzulayıb.
Sonra kənd sakinlərinə söz verilib. Qaldırılan məsələlər əsasən içməli su, həmçinin yaxınlıqda yerləşən süd zavodunun tillantılarının kanalizasiyaya yox, ətrafa axıdılması nəticəsində ərazidə kəskin qoxunun yayılması ilə bağlı olub. Bu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq tapşırıqlar verilib.