Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yuxarı Qiyaməddinli kəndində səyyar qəbul-görüş keçirib

06 avqust 2026 | 13:50
Qəbul-görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin yerli media nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf layihələrindən, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən, eləcə də regionların davamlı inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Rayon rəhbəri səyyar qəbul-görüşlərin vətəndaşların müraciətlərinin yerində öyrənilməsi, mövcud problemlərin operativ araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Sonra kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.
 
Vətəndaşlar tərəfindən əsasən artezian quyularının bərpası, bəzi quyulardan texniki səbəblərdən istifadənin mümkün olmaması, kənddaxili yolların təmiri, abunə borcuna görə fərdi yaşayış evinə təbii qaz verilişinin dayandırılması, eləcə də fermalarda elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınması zamanı digər abonentlərin zərər çəkməsi ilə bağlı məsələlər qaldırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin hər birini diqqətlə dinləyərək onların operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli müəyyən vaxt tələb edən müraciətlərin nəzarətə götürüldüyü bildirilib.
 
Rafil Hüseynov, həmçinin bəzi məsələlərin qanunvericiliyin tələbləri və vətəndaşların hüquq və vəzifələri ilə bağlı olduğunu qeyd edərək, həmin problemlərin hüquqi müstəvidə həlli yolları barədə sakinlərə ətraflı izahat verib.
Keçidlər