Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanlarında yüksək bal toplamış müəllimləri qəbul edib.
19 iyun 2025 | 17:31
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov İyunun 19-da Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanlarında yüksək bal toplamış müəllimləri qəbul edib. Belə ki, sözügedən imtahanda S.Vurğun adına Ağcabədi şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəllimi Əliyeva Nərgiz Araz qızı 59, M.Aranlı adına 11 saylı tam orta məktəbin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı isə 60 bal toplayıblar. Qəbulda həmçinin icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, 4 saylı və 11 saylı məktəblərin direktorları – Bayram Novruzlu və Lətafət Əlizadə iştirak ediblər.
Rayon rəhbəri imtahanda maksimal nəticə göstərən müəllimləri təbrik edərək, onlara bundan sonrakı müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, yüksək nəticə göstərən hər iki müəllimə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən pul mükafatı təqdim olunub.






