Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov taekvondo üzrə Avropa birinciliyinin qalib və mükafatçıları ilə görüş keçirib.

01 dekabr 2025 | 11:47
Görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev? Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, yüksək nəticələr əldə etmiş idmançılar və onların məşqçi müəllimləri iştirak edib.
 
Tədbirdə çıxış edən icra başçısı son illərdə Ağcabədidə idmanın inkişafı, uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri, uğurlu nəticələr qazanan idmançıları təbrik edərək, onların rayonun adını layiqincə təmsil etdiklərini vurğulayıb.
 
İdmançılar da öz növbəsində göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildirib, gələcək yarışlarda daha yüksək nəticələr qazanmaq üçün çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, 07-09 noyabr 2025-ci il tarixlərdə Yunanıstanın Afina şəhərində keçirilən taekvondo idman növü üzrə uşaqlar arasında Avropa birinciliyidə Abdullayev Rizvan Cəlil oğlu 30 kq çəki dərəcəsində I yerə, Qəribli Aysu Azər qızı 44 kq çəki dərəcəsində III yerə, eləcədə 19-21 noyabr 2025-ci il tarixlərdə İsveçrənin Eql şəhərində keçirilən taekvondo idman növü üzrə gənclər arasında Avropa birinciliyidə Səlimov Vasif Rəşad oğlu 68 kq çəki dərəcəsində II yerə, Əliyev Novruz Elgin oğlu isə 51 kq çəki dərəcəsində III yerə layiq görülüblər.
Keçidlər