Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid ailələrini ziyarət etdi

20 iyun 2024 | 10:06

Qurban bayramı ərəfəsində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid ailələri, qazilər, bir qrup müharibə iştirakçıları və aztəminatlı ailələr ziyarət edilir, onlara bayram sovqatları aparılır.

İyunun 15-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul əməkdaşları və media mənsublarının iştirakı ilə Salmanbəyli kəndində şəhid Tuncay Əlizadə və Samir Mikayıllının ailəsi ziyarət olunub.
Ziyarətlər zamanı icra başçısı bu müqəddəs bayram münasibətilə ailələri təbrik edib. Bildirilib ki, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ölkə başçısı tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı vurğulanıb.
Söhbət zamanı şəhid ailələri harzamankı diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər
Keçidlər