Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhid ailələrini ziyarət edib.
Ağcabədidə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhid ailələri və qazilər ziyarət edilir. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yuxarı Qiyamadınlı kəndində şəhid Sahil Məmmədovun, Azər Əliyevin və Asim Mehtiyevin ailəsində olub.
Söhbət zamanı şəhid ailələrinin qayğıları, gündəlik ehtiyacları ilə maraqlanan rayon rəhbəri 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə silahlı qüvvələrimizin Qarabağda tarixi qələbə qazanmasından, vətən oğullarının torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərməsindən, canlarından keçməsindən söz açıb. Bildirilib ki, bu gün dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad edəcəkdir.
Şəhidlərin yaxınları bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.