Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov oktyabrın 1-də Poladlı kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.

01 oktyabr 2026 | 15:38
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov oktyabrın 1-də Poladlı kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
 
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Sakinlər tərəfindən kəndin qazlaşdırılması, suvarma suyunun təmin olunması, elektrik təsərrüfatında mövcud problemlərin aradan qaldırılması, subartezian quyularının vəziyyəti, kənd tam orta məktəbinin elektrik enerjisi ilə təminatında yaranmış problem, torpaq sahələrinin səmərəli istifadəsi, pambıq istehsalı və təhvil-təslimi ilə bağlı məsələlər, məşğulluq və digər sosial məsələlər qaldırılıb.
 
Müraciətlər dinlənilərkən qaldırılan məsələlərin hər biri ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Problemlərin yerində araşdırılması və həlli məqsədilə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə, Ağcabədi Elektrik Şəbəkəsinə, Tərtər Regional Qaz İstismarı İdarəsinin Ağcabədi Qaz Xidmət sahəsinə və digər aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Səyyar qəbul zamanı kiçik torpaq sahələrinin səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi və təsərrüfatların inkişafı ilə bağlı məsələlərə də toxunulub. Vətəndaşlara torpaq münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyi barədə ətraflı məlumat verilib.
 
Məşğulluqla bağlı müraciətlər üzrə isə vətəndaşlara mövcud imkanlar və aidiyyəti məşğulluq qurumlarına müraciət qaydaları barədə məlumat verilib.
Səyyar qəbul-görüşdə qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və nəticələrinin təmin edilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
Keçidlər