Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Minaxorlu kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
14 oktyabr 2026 | 17:52
14 oktyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Minaxorlu kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, kənd sakinlərini narahat edən məsələlər müzakirə olunub. Müraciətlər əsasən pay torpaqlarının vəziyyəti, məşğulluq, içməli su, elektrik təchizatı və kəndlərarası yolun təmiri ilə bağlı olub.
Qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib. İçməli su artezianının bərpası ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət olunub və hazırda təmir işlərinin aparıldığı bildirilib.
Elektrik təchizatı ilə bağlı yaranmış problemin yerində araşdırılması və aradan qaldırılması üçün Ağcabədi Elektrik Şəbəkəsinə müvafiq tapşırıq verilib. Kəndlərarası yolun təmirinin nəzərdə tutulduğu bildirilib.
Qəbul zamanı səsləndirilən müraciətlərin qanunvericiliyə uyğun araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlar qarşısında müvafiq vəzifələr müəyyənləşdirilib.






