Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov evlərinə dönən yaralıları ziyarət edib

27 noyabr 2023 | 11:39

Sentyabrın 19-20-si tarixlərində Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirlərində yaralanan ağcabədili hərbi qulluqçulardan biri, Rəncbərlər kənd sakini Miralı Azadov evinə dönüb. Onun dönüşü yaşadığı kənddə böyük sevinclə qarşılanıb. Bu münasibətlə noyabrın 24-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları Miralını evində ziyarət edib, ona şəfa arzulayıblar.

Çay süfrəsi ətrafında keçən görüşdə rayon rəhbəri Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabr döyüşlərində, eləcə də lokal xarakterli antiterror tədbirlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun göstərdiyi qəhrəmanlıqdan söz açıb.

Sonra Rəncbərlər kəndindəki növbəti yaralı Elsevər İsmayılov da ziyarət olunub. Ziyarət zamanı icra başçısı artıq işğaldan azad edilən ərazilərimzdə üçrəngli bayrağımızın dalğalandığını, həmin ərazilərdə abadlıq işlərinin sürətlə aparaıldığını bildirib.

Ziyarətlər zamanı rayonun rəhbərliyinin sovqatı ailələrə çatdırılıb.

Qeyd edək ki, hər iki yaralı- Mirəli və Elsevər müalicə aldıqları xəstəxanlarda da rayon rəhbərliyi tərəfindən ziyarət ediliblər. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il Sərəncamına əsasən, E. İsmayılov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Həmçinin onu da qeyd edək ki, hər iki yaralı Miralı da, Elsevər də Vətən müharibəsinin iştirakçıları olublar.

Keçidlər